!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılıb – YENİLƏNİB

!Reklam – Yazi

teyyare

Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxdığı barədə məlumat yayılıb.

Yeniçağ.Az-ın məlumatına görə, təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıb. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.

Təyyarəni qaçıran şəxslərMüəmmər Qəddafinin oğlunun həbsdən azad edilməsini tələb edirlər.

***

Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılaraq Maltada eniş edib.

Yeniçağ.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Malta baş naziri açıqlama verib.

Verilən məlumatlara görə, Liviyaya məxsus sərnişin təyyarəsi iki silahlı tərəfindən qaçırılıb. Təyyarədə 118 nəfərin olduğu deyilir.

Hələlik silahlıların tələbinin nə olduğu məlum deyil. Onlar təyyarəni partlatmaqla hədələyir.

Maltanın təhlükəsizlik qüvvələri hadisə ilə bağlı hazır vəziyyətə gətirilib.

Yeniçağ.Az

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv