!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lizinqlə avtomobil satışı azalıb - Səbəb

!Reklam – Yazi

2014-cü ildən sonra banklar avtomobil kreditlərilə bağlı qaydaları sərtləşdirdikdən sonra Azərbaycanda maşınların lizinqlə satışına başlanıldı. Bu əsasda da bir müddət lizinqlə avtomobil satışında müəyyən canlanma müşahidə edildi.

Lakin hazırda görünən mənzərə ondan ibarətdir ki, lizinqlə avtomobil satışı əhəmiyyətli dərəcədə azalıb. Halbuki, Qərb ölkələri bir yana, MDB məkanının bir sıra dövlətlərində lizinqlə avtomobil satışı geniş vüsət alıb.

Görəsən, Azərbaycanda lizinqlə maşın satışında inkişafın olmamasına səbəb nədir?

Məsələni Yenicag.az-a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, şərtlərin əlverişli olmaması lizinqlə avtomobil almağa marağın azalmasına gətirib çıxarıb:

“2014-cü ildə kredit verilməsi prosesi çətinləşəndə avtomobillərin lizinqlə satışı məsələsi gündəmə gəldi. Belədə ilk dövrlər üçün bir müddət lizinqə maraq yarandı. Lakin buna baxmayaraq, növbəti dövrdə lizinqə marağın artmasını müşahidə etmədik. Lizinqlə avtomobil almağa marağın olmamasının səbəbi də məhz şərtlərin əlverişli olmamasından qaynaqlanır. Xüsusən də ödənişlərlə bağlı şərtlər uyğun deyil. Ona görə də şərtlər əlverişli və uyğun olmalıdır ki, prosesə maraq yaransın. Nəticədə hazırda lizinqə olan marağın xeyli dərəcədə azaldığını görürük. Deməli, məsələdə irəliləyiş olması üçün şərtlər uyğunlaşdırılmalı və tənzimlənməlidir. Normal şərtlər tətbiq edilməli, əsasən də ilkin ödənişlər məsələsi yumşaldılmalıdır”.

Ekspert Azər Allahverənova görə, lizinqlə avtomobil almağa marağın azalması inamsızlıqdan doğub:

“Lizinqlə avtomobil satışı o zaman effektiv olur ki, istehlakçı həmin proqramın məqsəd və təyinatına inanır. Yəni onlar proqramın verdiyi imkanlardan yararlanmağa meyilli olduqda lizinqə də maraq artır. İmkanların məhdudluğu və inamın olmaması, bürökratik əngəllərin olduğu fonda isə sözügedən proqramın həyata keçməsi prosesi əngəllənir, hətta onun heç bir perspektivi olmur. Belə bir vəziyyətdə həmin proqramın bilavasitə icrası ilə məşğul olan qurumlar istehlakçılarla geniş maarifləndirmə işləri həyata keçirtməlidirlər. Proqramın nədən maraq doğurmadığını müəyyənləşdirmək üçün mövcud problemlər üzə çıxarılaraq, həll edilməlidir. Bu zaman da bütün tərəflərin fikir və mövqeləri öyrənilməlidir. Bu əsasda da konkret olaraq, vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Belə addımlarla ən azından istehlakçının inamını qazanmaq olar. Həmçinin, prosesdə şəffaf mexanizmlər tətbiq edilməlidir ki, əhalinin lizinqə marağı artsın. Yalnız bundan sonra lizinq prosesində ciddi dəyişikliyə nail olmaq mümkündür”.

ELÇİN

www.yenicag.az

2718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv