“Lotu Quli”nin dəstəsinin üç üzvü Moskvada tutulub

Müəllif: Redaktor

Editor

скачанные файлыRusiyada adam oğurluğu ilə məşğul olan qrupun üç üzü tutulub.

Rusiya Daxili İşlər Nazirliyinin saytına yerləşdirilən məlumatda bildirilir ki, tutulan şəxslər hazırda Azərbaycanda cəza çəkən “qanuni oğu” “Lotu Quli”nin nəzarətində olan qrupun üzvləridir.

Onlar bu ilin sentyabrında Moskvada avtomobil alıcısı kimi iş adamı ilə görüşərək, onu silahla hədələyib, “Ford Explorer” maşınını əlindən alıblar. Sonra isə iş adamını Podolska apararaq ondan sərbəst buraxılması müqabilində 400 min rubl tələb ediblər. Pulu aldıqdan sonra isə iş adamı sərbəst buraxıblar. Bu fakt üzrə cinayət işi başlanılıb.

Saxlanılanlardan ikisi Azərbaycan, biri Gürcüstan əsillidir. Polisin məlumatına görə, onlar Rusiyanın müxtəlif regionlarında avtosalon dayanacaqlarında silsilə yanğınlar törətməkdə də günahlandırılırlar. Təqsirləndirilən şəxslər avtosalon sahiblərinin onların haqq vermək tələbinə əməl etməmələrinə görə bu addımı atıblar.

“Bununla yanaşı, qrupun iki üzvünün bu ilin mayında 10 milyon dollar haqq almaq məqsədilə bir nəfərin oğurlanmasında əli olduğu barədə informasiya da yoxlanılır”, – deyə Rusiya DİN-in məlumatında bildirilir.

Hazırda mütəşəkkil qrupun digər üzlərinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır