www.sinerjipro.net

SinerjiProWide
Reklam

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) əsas adamlarından biri olan, sentyabrda Tiflisdə öldürülən Elşən Məmmədovun qatilləri təkrar həbs olunublar.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, Sankt-Peterburqda inzibati qaydada həbs müddəti başa çatan iki Azərbaycan vətəndaşı yenidən “içəri” salınıblar. Onlar qətl törətməkdə ittiham olunurlar.

Məlumata görə, 42 yaşlı Hüseyn və 38 yaşlı Emin adlı həmin şəxslər noyabrın 1-də axşam saatlarında həbs olunublar. 1 həftə sonra azadlığa çıxan həmyerlilərimiz saxlanıldıqları təcridxanadan çox da uzağa gedə bilməyiblər. Onlar polis əməliyyatçıları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Konstitusiya quruluşunun mühafizəsi və banditizmə qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən həbs olunublar.

Sentyabrda Tbilisidə qətlə yetirilən Rusiya vətəndaşı Elşən Məmmədovu öldürməkdə şübhəli bilinən Hüseyn və Emin adlı şəxslər barəsində hələlik, 2 gün müddətinə həbs-qətiimkan tədbiri seçilib.

Qeyd olunur ki, Hüseyn və Emin oktyabrın 24-də Peterburqda saxlanılmasaydılar, bu cinayətin açılması çox çətinləşərdi. Həmin gün onların avtomobilini saxlayan Rusiya Qvardiyasının əməkdaşları maşında maskalar, qara kamuflyaj, qandal, tapança və binokl aşkarlayıblar. Bununla da adları çəkilən şəxslərin növbəti cinayətlərinin qarşısı alınıb.

Bir həftə əvvəl baş verən bu hadisə isə İnzibati Məcəllə əsasında sənədləşdirilib. Artıq əməliyyatçıların Cinayət Məcəlləsi əsasında təhqiqat aparmaları üçün əsas yaranıb.

Qeyd edək ki, Elşən Məmmədov “Lotu Quli”nin ən qəddar “killeri” kimi tanınıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5195
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."