!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli”nin sonu - Lənkəranskinin adamları...

!Reklam – Yazi

Azərbaycanlı kriminal avtoritetlər arasında müharibə artıq yeni və daha amansız mərhələyə qədəm qoyub.

Yenicag.az xəbər verir ki, Rövşən Lənkəranskidən sonra birmənalı olaraq ən avtoritetli azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) hesab olunur. Lakin onun liderliyini qəbul etməyən kriminal avtoritetlər və onların nəzarətində olan iş adamları var. R.Lənkəranskidən sonra “Lotu Quli”nin bu aləmdə birmənalı liderliyinin qəbul edilməməsi ciddi ixtilaflara yol açmağa başladı və bu ixtilaflar günbəgün dərinləşərək, hazırda amansız mərhələyə qədəm qoyub. Məhz bu “müharibə”nin nəticəsidir ki, mütəmadi olaraq kriminal dəstələr bir-birini sıradan çıxarmaq və ya zəiflətmək istiqamətində aralarında silahlı toqquşmalar baş verir.

R.Lənkəranskidən sonra onun yerinə xeyli iddiaçı olsa da, heç kim bu işi təkbaşına görə bilmir. “Lotu Quli” kriminal aləmdə lider olmaq iddiasına ən şanslı namizəd olsa da, digərləri onun “bayrağının alıtından” keçmədiyi üçün bu, mümkün olmur. Digər “qanuni oğrular” da buna hazır deyil və yetərincə nüfuza malik olmaması onların şanslarını sıfıra endirir. Ona görə də “Lotu Quli”ni qəbul etməyən qüvvələr vahid düşərgədə birləşməyə qərar veriblər. Beləliklə, Cavid Məmmədovun (Dato Ağcabədinski) liderliyi altında Rafiq Eyvazov (Rafiq Masallinskiy), Emin Əhmədov (Emin Hacıqabulskiy) və Ceyhun Əsgərov (Ceyhun Gəncinskiy) “dördlük”dən ibarət qrup “Lotu Quli”yə qarşı vahid cəbhə yaradıblar. Bu dəstəyə eyni zamanda, kriminal aləmdə olan digər ölkələrdən olan nüfuzlu avtoritetlər də dəstək verməkdədir və onlar bu cəbhə vasitəsi ilə onları “Lotu Quli”yə qarşı söz sahibi olan qrup kimi çıxarmaq istəyirlər.
Görülən işlərin nəticəsidir ki, son günlər “Lotu Quli”yə qarşı yaradılan müxalif düşərgənin nüfuzu artmaqda və cərgələri genişlənməkdədir. Bu dəstəyə digər kriminal avtoritetlərin də qoşulacağı gözlənilir. Bu isə özünü amansız qanlı mübarizələrlə göstərməkdədir. Müxalif düşərgənin adamları “Lotu Quli”nin adamlarını bir-bir aradan götürməyə başlayıblar. Onlar “Lotu Quli”yə bağlı iş adamlarını döyüb, incitməklə, ona itaətsizlik etməyə vadar edirlər. Bununla işlərini bitirməyərək onun fəal dəstə üzvlərini aradan götürürlər. Elə son günlərdə Tiflisdə “Lotu Quli”nin “sağ əli” hesab edilən Elşən Məmmədovun öldürülməsini, ondan bir müddət öncə “Lotu Quli”nin adamları ona müxalif düşərgənin lideri Cavid Məmmədova dəstək verdiyi üçün Abxaziyada “Pıza” ilə atışmasını misal çəkmək olar. Müharibə getdikcə qızışır. Müxalif düşərgədə yer alan “Rafiq Masallinski” isə “Lotu Quli”dən qulağının kəsilməsi ilə bağlı qısasını alacağını bəyan edib və artıq bu istiqamətdə fəaliyyət göstərməkdədir. Tiflisdəki məlum hadisənin onun tərəfindən həyata keçirildiyi bildirilir.

Bu “dörd”lüyə ən ciddi dəstək verən Abxaz kriminal “generallar” və yunan “qanuni oğru”lardır. Onlar “Lotu Quli”yə qarşı birləşən düşərgədə “stavka”nı kriminal aləmdə “Dato Ağcabədinski” kimi tanınan Cavid Məmmədova ediblər.
“Rosbalt”ın yazdığına görə, müxalif düşərgənin lideri kimi “Rafiq Masallinski” təqdim edilsə də, bu, yanlışdır. Dəstənin liderliyi Cavid Məmmədova həvalə edilib və dəstənin fəaliyyətini o, koordinasiya edir. Rafiq “Lotu Quli”yə qarşı birləşən müxalif düşərgədə aparıcı qüvvə deyil, o, ancaq icraçıdır. Bu da onunla bağlıdır ki, Rafiqlə “Lotu Quli” arasında şəxsi düşmənçilik və ədavət var. Bu düşmənçilik və ədavət Rafiqin qulağının “Lotu Quli”nin adamları tərəfindən kəsilməsindən sonra yaranıb. Rafiq “Lotu Quli”dən bunun qisasını alacağına söz verib. Odur ki, müxalif düşərgə hazırda ondan istifadə edir. Hazırda “Lotu Quli”yə qarşı formalaşan müxalif düşərgənin fəaliyyətini Cavid koordinasiya edir və digər kriminal düşərgənin adamları ilə danışıqları o aparır. Cavidə ən böyük dəstəyi isə Raul Barçboy kriminal aləmdə “Pıza” kimi tanınan şəxs verir. O hazırda Abxaziya “qanuni oğruları”nın bir nömrəli lideri hesab olunur. Cavid bu yaxınlarda “Pıza” ilə telefon əlaqəsi saxlayaraq birgə fəaliyyət göstərməyi qərara alıblar.
“Lotu Quli” də onun Cavidə verdiyi dəsətəyə görə, “Pıza”nı cəzalandırmaq istəyib və bu məqsədlə bu yaxınlarda Rəşad İsmayılovu, Niko Dqebuadze (Nika Qaqarinskiy) və Roman Dmitrovu (Roman Stavropolski) Abxaziyaya yollayıb. Məhz “Pıza” ilə toqquşma nəticəsində Rəşad və Niko güllə yarası alıb. Güllə yarası alan Rəşad və Niko bir neçə gün Abxaziyanın Qudauri şəhərində xəstəxanaların birində müalicə almalı oldu. “Pıza” ilə “Lotu Quli” arasında baş verən son insidentdən sonra “Pıza” ilə Cavid arasında yenə telefon əlaqəsi olub və onlar güclərini birləşdirərək Quliyə qarşı mübarizəni daha aktiv formada koordinasiya etməyi qərara alıblar. Cavidə bu məsələdə yunan kriminal aləminin nüfuzlu “qanuni oğruları” David Sebiskveradze (Dato Kutaisskiy), Laşi Celadze (Paça) və Zaza Ambroladze (Zaza) dəstək verməyi qərara alıblar.

Cavidlə “Pıza” arasındakı əlaqələrə gədlikdə isə onlar eyni həbsxanada cəza çəkiblər və orada aralarında möhkəm dostluq əlaqələri yaranıb. Bundan əlavə, Cavidlə “Paça” arasında dostluq münasibətləri olub. Məhz Celadze Dato Kutaisskiy və Zaza Ambroladzeyə Cavidin perspektivli namizəd olduğunu tövsiyyə edib. Bundan sonra Cavid Dato və Zaza tərəfindən “tac”landırılıb.

Onu da qeyd edək ki, bu hadisədə “Lotu Quli”nin qəzəbinə gəlib və buna etiraz edib. Quli bildirib ki, onun razılığı olmadan kiminsə azərbaycanlılar barədə qərar qəbul edib “qanuni oğru” adı verə bilməz.

Yunan və Abxaz kriminal aləmin nüfuzlu “qanuni oğruları”nın dəstəyindən sonra Cavid azərbaycanlı “qanuni oğrular” arasında nüfuzu artmağa və təsir dairəsi genişlənməyə başlayıb. Belə demək mümkünsə, bəzi qüvvələr, xüsusən də Quliyə qarşı olan qüvvələr Cavidin liderliyi altında müxalif düşərgədə birləşdirib, ona qarşı ciddi cəbhə formalaşdırmaq istəyirlər. Bütün bu deyilənlər o qənaətə gəlməyə əsas verir ki, Rövşən Ləkəranskidən sonra kriminal aləmdə azərbaycanlılar arasında yaranan boşluğu Cavid vasitəsi ilə doldurmaq istəyirlər. Baxmayaraq ki, Cavidi digər ölkələrdən olan nüfuzlu kriminal aləmin nümayəndələri dəstək verir, ancaq Cavid Məmmədov bunu bacaracaq-bacarmayacaq, bu, gələcəyin işidir. Bu işdə Rusiyada fəayyət göstərən və vaxtı ilə Rövşən Lənkəranskinin nəzarətində olub, “Lotu Quli”nin nəzarətinə keçmək istəməyən iş adamları da istəyir. Ancaq hər şeyi zaman göstərəcək. Hazırda isə Rövşən Lənkəranskidən sonra azərbaycanlı kriminal avtoritetlər arasında liderlik və onun obyektlərinin bölünməsi uğrunda müharibə davam edir. Və bu mübarizə daha amansiz formasına keçid almaqdadır.

www.yenicag.az

19841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv