10Rusiyanın “Lukoil” şirkəti 2017-ci ildə Xəzər dənizində yerləşən V. Filanovski və Y. Korçaqin adına yataqlarda neft hasilatını 2 dəfədən çox artırmağı planlaşdırır.

Yeniçağ.Az xəbər verir ki, bu barədə APA “Neftegaz” portalına istinadən məlumat verir.

Məlumata əsasən, şirkət 2016-cı ildə bu yataqlardan 2 mln. tondan çox neft hasil edib ki, bu da 2015-ci ildəki göstəricidən 25% çoxdur. 2017-ci ildə isə bu göstəricinin 5 mln. tondan çox olacağı proqnozlaşdırılır.

Bunun 1 mln. tondan artıq hissəsi Y. Korçaqin yatağının, 4,4 mln. tonu isə V. Filanovski adına yatağın payına düşəcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."