“Luna Park”da bıçaqlanma

“Luna Park”da bıçaqlanma

Müəllif: Redaktor

Editor

bicaq9e97Bakının Xətai rayonunda yerləşən “Luna Park” əyləncə mərkəzində 22 yaşlı oğlan bıçaqlanıb.

“Report”un xəbərinə görə, “Luna Park”da oturacaqlardan birinə əyləşən 1994-cü il təvəllüdlü Seyfullayev Raul Mehman oğluna tanımadığı şəxs yaxınlaşıb və aralarında mübahisə yaranıb. Nəticədə həmin şəxs R.Seyfullayevə iki bıçaq zərbəsi vurub və ərazidən qaçaraq uzaqlaşıb.

R.Seyfullayev “Təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Aydın Əsgərovu tutub.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti