!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lütfi Zadəyə Azərbaycanın qızıl medalı verildi

!Reklam – Yazi

18
ABŞ-ın nüfuzlu Berkli Universitetində sentyabrın 7-də Azərbaycan əsilli amerikalı professor Lütfi Zadəyə həsr olunmuş geniş mərasim keçirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Lent.az-a verilən məlumata görə, mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə Lütfi Zadənin təltif olunduğu Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl Medalı Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.

Tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları da iştirak edib.

Universitetin Mühəndislik Fakultəsinin dekanı, L.Zadənin yetirməsi olan professor Şankar Sastri çıxış edərək professor L.Zadəni bu əlamətdar gün münasibətilə təbrik edib və belə bir nəcib təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycana minnətdarlığını ifadə edib.

Sonra professor L.Zadənin ana vətəni Azərbaycana həsr olunmuş, onun sosial, iqtisadi və mədəni tərəqqisini nümayiş etdirən qısa film nümayiş etdirilib.

Filmdən sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib ki, professor L.Zadə öz elmi nailiyyətləri və dünya tərəqqisinə verdiyi töhfələri ilə sadəcə Azərbaycan və ya ABŞ-ın deyil, bütün bəşəriyyətin dəyərli təmsilçilərindəndir. O, Azərbaycan prezidenti İlham Əliyevin həm azərbaycanlı soydaş, həm də dünya elminin dəyərli nümayəndəsi kimi daim professor L.Zadəyə diqqət göstərdiyini, bu diqqətin nəticəsi kimi 2011-ci ildə qocaman alimin Dostluq Ordeni ilə təltif olunduğunu vurğulayıb.

Baş konsul, çıxışının sonunda AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən mərasim münasibətilə professor L.Zadəyə ünvanlanmış təbrik məktubunu oxuyaraq, Qızıl Medalı təntənəli surətdə dünya şöhrətli alimə təqdim edib.

Sonda çıxış edən professor L.Zadə əvvəlcə Azərbaycanın daim onun qəlbində xüsusi yer tutduğunu bildirib. Qocaman alim bildirib ki, Azərbaycan bu gün nəinki öz regionunda, eləcə də, beynəlxalq aləmdə böyük nüfuza malikdir. L. zadə bunun Azərbaycan prezidenti tərəfindən həyata keçirilən siyasətin nəticəsi olduğunu vurğulayıb.

Yenicag.az

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv