yenicag.az
yenicag.az

Lütvəli Babayevin hicabla mübarizədən başqa işi-gücü yoxdur?

Lütvəli Babayevin hicabla mübarizədən başqa işi-gücü yoxdur?

Müəllif: Redaktor

Editor

timthumbBir qrup Zərdab rayon sakini tərəfindən Azinforum.az-a icra hakimiyyətinin başçısı Lütvəli Babayevin əməllərindən bəhs edən şikayət məzmunlu məktub ünvanlanıb. Azinforum.az çox sərt üslubda yazılıan həmin məktubu zəruri redaktələrlə təqdim edir:

” Dünən Lütvəli Babayev şəhər 1 saylı orta məktəbində iclas zamanı, direktorsuz qalmış məktəbin problemlərini müzakirə etmək əvəzinə iclasboyu hicabdan danışıb, rayondakı hicablıları, dindarları “asıb-kəsib”. Qəti şəkildə bildirib ki, hicablı müəllimlər və şagirdlər məktəbə buraxılmayacaq, ya onlar ərizələrini yazıb könüllü şəkildə məktəbdən çıxacaqlar, ya da məcburi qovulacaqlar. O, bu işi Zərdab RİH-in işçisi Murada tapşırıb. Göstəriş belə olub: Murad səhər 07.30-dan gəlib məktəbin qarşısında dayanacaq və hicablıları məktəbə qoymayacaq. Qarşı çıxanı isə Babayevin yanına göndərəcək. (Sanki Zərdab rayon icra hakimiyyətinin əməkdaşının başqa işi-gücü yoxdur, gəlib hicablılara nəzarət edəcək)

Lütvəli Babayev bu fikirlərini demək olar ki, hər iclasda, hər tədbirdə səsləndirir, hicablıları hicablarını açmayacaqları təqdirdə işdən azad edəcəyi ilə hədələyir .

Maraqlıdır, Lütvəli Babayev İslamdan bu qədər qorxursa və hicaba bu qədər nifrət edirsə, onda Həcc ziyarətinə hansı məqsədlə gedib? Yox, əgər o RİH başçısı olaraq qərar verirsə, hansı haqqla ölkə prezidentinin göstərişinə, fikrinə qarşı çıxır? İlham Əliyev xarici mətbuata verdiyi müsahibələrində dönə-dönə ” Biz heç bir yerdə hicaba qadağa tətbiq etmirik. Bizdə qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf etmək hüququna malikdir. Və bu istənilən adamın hüququdur”–deyirsə, Lütvəli Babayevin bu mövzuda yersiz canfəşanlığı başadüşülən deyil.

Qafqaz Müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadənin, Təhsli Nazirliyinin əmri olmadan icra başçısının belə bir göstəriş verirməsi nə dərəcədə qanunidir?

Lütvəli Babayev! Siz bilirsinizmi ki, Azərbaycanın şanlı bayrağındakı yaşıl rəng islamın rəngidir? Azərbaycan əhalisinin çoxu müsəlmandır. Siz niyə İslamdan, hicablıdan bu qədər qorxursunuz?
Bəyəm, məktəblərin başqa problemi yoxdur? Yaxşı olar ki, dərsə məktəbli formasında gəlməyən şagirdlərin , təmirsiz, istilik sistemi olmayan məktəblərin dərdini çəkəsiniz! Hicablıdan heç kimə zərər gəlməz!

Allahdan qorxun və Azərbaycanın Prezidentinin razılığı olmayan şeylərə qərar verməyin.
Rayonun dindarları və hicablıları imza toplayırlar ki, sizin “hicab qadağa”nıza görə apardığınız “fəaliyyətdən” Prezident İlham Əliyevə şikayət etsinlər”.

Yenicag.az

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti