Məhkum dostuna narkotik keçirmək istədi

Məhkum dostuna narkotik keçirmək istədi

Müəllif: Baş Redaktor

Baş Redaktor

15933Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilmiş şəxs Elbrus Gülbala oğlu Cavadova tanışı Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman “OZMO” kətəsinin içərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan tiryək, xalis çəkisi 0,840 qram olan heroin və xalis çəkisi 0,73 qram olan həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti