Məkkədə təhlükəsizlik tədbirləri

Məkkədə təhlükəsizlik tədbirləri

Müəllif: Manager

Baş Redaktor

63817Artıq dünyanın bütün nöqtələrindən müsəlmanlar ildə bir dəfə həyata keçirilən vacib ibadəti yerinə yetirmək üçün Məkkəyə axın edirlər. Azərbaycandan ilk zəvvar qrupu sentyabrın 23-də Bakıdan yola düşüb, hazırda zəvvarların Məkkəyə aparılması davam edir.

Məkkədə olan həmvətənlərimizdən musavat.com-a verilən məlumatlara görə, bu il Həcc ziyarəti zamanı Məkkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Zəvvarlardan aldığımız məlumata görə, Səudiyyə Ərəbistanı hökuməti milyonlarla zəvvarı tək-tək yoxlamaqla əziyyət verməmək üçün həm hava limanında, həm də Məkkəyə gedən yollarda kənardan izləmə aparan bilən iri nəzarət cihazları quraşdırıb. Zəvvar avtobusları məhz bu qurğuların quraşdırıldığı sahədən keçirilməyə yönləndirilir, bununla da bu cihazlar avtobuslarda silah və digər qanunsuz əşyaların olub-olmadığını izləyir.

Bundan başqa Ciddə beynəlxalq hava limanında yoxlamalar, şübhəlilərin barmaq izlərinin götürülməsi halları artıb. Barmaq izləri daha əvvəllər alınsa da, bu dəfə yoxlama daha ciddi olub və şübhəli görünən hər kəsin barmaq izləri götürülüb. (qafqazinfo.az)

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti