Mərkəzi Bankın ehtiyatları 9 illik minimuma düşdü

Mərkəzi Bankın ehtiyatları 9 illik minimuma düşdü

Müəllif: Redaktor

Baş Redaktor

Mərkəzi Bankın valyuta ehtiyatı dekabr ayında psixoloji həddi keçib və 3 milyard 974,4 milyon dollara düşüb. Azalma 0,9% olub.

Ekspert Samir Əliyev bildirib ki, bBununla da Bankın ehtiyatı 9 illik minimum həddə düşüb. Bankın ehtiyatı son dəfə 2008-ci ilin yanvarında 4 milyard dollardan aşağı olub. Onun sözlərinə görə, ehtiyatların azalması böyük ehtimalla onun tərkibinə daxil olan valyutaların dekabrda ucuzlaşması ilə bağlıdır.

Ötən il dekabrda avro dollara nisbətən 0,9%, ingilis funtu isə 1,5% ucuzlaşıb. Neft Fondundan Mərkəzi Banka 2017-ci ildə 4,2 milyard dollar ayrılması valyuta ehtiyatının azalmasını arxa plana keçirib. Çünki il ərzində gözlənilməz hal baş verməsə, Mərkəzi Bank bazarı ehtiyatları hesabına yox Neft Fondunun transferti hesabına tənzimləyəcək. Güman ki, valyuta ehtiyatlarının il ərzində azalması daha çox məzənnə fərqi hesabına olacaq.

Yenicag.Az

Bank, Xəbərlər, İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti