Məşhur futbolçunun ölüm xəbəri yayıldı - Azərbaycanda

Müəllif: Redaktor

Editor

Gəncə futbolunun veteranlarından sayılan Faiq Cabbarov itkin düşüb. 3 gün axtarışda olan keçmiş futbolçunun meyitinin tapıldığı da iddia olunurdu.

Ancaq Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Faiq Cabbarovun meyiti tapılmayıb, polis hələ də axtarışdadır. Deyilənə görə, ailə üzvləri də məsələni maksimum məxfi saxlamağa çalışırlar. İddiaya görə, onun “bomj” kimi ölməsi məlumatında narazı olduqları üçün xəbərin yayılmağını istəmirlər.

Məsələ ilə bağlı əlavə məlumat almaq üçün Gəncənin “Kəpəz” klubunun mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq.

Klub rəsimisinin sözlərinə görə, futbolçunun qardaşı ilə əlaqə saxlayıb. O da Faiqin taleyindən xəbərsiz olduğunu deyib.

“Hətta ailə üzvləri təcili yardıma zəng edib, polisə məlumat veriblər. Qardaşının dediyinə görə, Faiq Cabbarov 2-3 gündür ki, evdən gedib”.

Bildirək ki, onun son vaxtlar küllü miqdarda borcu olduğu, evlə bağlı problemlər yaşadığı da deyilir.

Qeyd edək ki, F. Cabbarov müxtəlif illərdə “Kəpəz”, “Avtomobilçi”, “Neftçi”, “Şəmkir” kimi komandaların formasını geyinib. Sabiq müdafiəçi 1993-98-ci illərdə Azərbaycan yığmasında da oynayıb. O, bu müddətdə 21 matça çıxıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda “İlin futbolçusu” seçilib. Məşqçi karyerasında isə son iş yeri hazırda Qəhrəman Əliyevin çalışdırdığı “Şəmkir” komandası olub.

Aygün İlqarqızı

Yenicag.az


Загрузка...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır