yenicag.az
yenicag.az

Maaşlar 40 faiz artacaq

Maaşlar 40 faiz artacaq

Müəllif: Redaktor

Editor

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f“İlk diaqnostik qiymətləndirmə 21-23 noyabr 2016-cı il tarixlərində Quba Olimpiya İdman Komleksində təşkil olunacaq. 3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. O qeyd edib ki, Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 27-28 noyabr tarixlərində Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə 2-4 dekabr tarixlərində Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə 8-10 dekabr tarixlərində Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə 14-15 dekabr tarixlərində Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə 19-24 dekabr tarixlərində Lənkəranda keçiriləcək.

Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər. Bu il imtahan 37 min müəllimi əhatə edəcək”.

C.Valehov bildirib ki, 2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq.

“Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb”.

C.Valehovun sözlərinə görə, diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə bildirib ki, keçən il 12 rayon və şəhər rayonda müəllimlərin diaqnostik qiymətləndirməsindən keçməyən müəllimlər bu il imtahan verəcəklər. Keçən il diaqnostik qiymətləndirmə keçirilən 12 şəhər və təxminən 100-200 arası müəllim imtahanlarda iştirak etməyib. Bu il həmin müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi üçün şərait yaradılacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bu il imtahanlarda iştirak edəcək həmin şəhər və rayonlarda işləyən müəllimlərin 40-50-i yeni işə qəbul olunanlar, qalanları isə müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyənlərdir.

“Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin əmək haqqında 40 faizə qədər artım olacaq. Hansı müəllimin maaşının nə qədər artması imtahanlardan sonra məlum olacaq. Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlər hər bölmə üzrə 10 faiz nəticəni aşmayan müəllimlərdir. Hər bölmə üzrə 10 faizdən yuxarı nəticə göstərən müəllimlərin əmək haqqısında artım olacaq. Həddi keçməyən müəllimlər isə hansı sahədə bilikləri azdırsa, ona uyğun təlimlərə cəlb olunacaq.Burada məqsəd həmin müəllimi işdən çıxartmaq deyil”.

E.Bağırovun sözlərinə görə, keçən il diaqnotik qiymətləndirmədə 10 faizlik həddi keçməyənlər ümumi imtahanda iştirak edənlərin 1 faizindən çox deyil.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti