Madonna yürüşə qatılacaq - Trampa qarşı

Müəllif: Gulnare Eynullaqızı

Editor

Amerikalı müğənni Madonna ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı qadınların keçirəcəyi yürüşdə iştirak edəcəyini söyləyib.

Yeniçağ.az xəbər verir ki, yürüş inauqurasiyadan bir gün sonraya planlaşdırılır.

Madonna qərarı haqda özünün Twitter səhifəsində yazıb.

Bu zaman Madonna öz yazısına intim yerinin şəklini də Nike firmasının emblemi ilə əlavə edib.

“Billboard” nəşrinin məlumatına görə, bu çəkiliş fotoqraf Marius Sperliç tərəfindən “Nakid” jurnalı üçün edilib.

Buna qədər Skarlett Yohansonun, Şer və Ketti Perrinin Trampın inauqurasiyasından sonrakı yürüşə qatılacaqları haqda xəbər verilib.

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir