Mahal İsmayıloğlunun oğlu azadlığa buraxıldı

Müəllif: Redaktor

Editor

mahal1Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Mahal oğlu Sadıqovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.Sadıqov bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materialları satan Seymur Abbasəli oğlu Yolciyev və Qəhrəman Əhliman oğlu Qulamovdan ayrı-ayrılıqda 2012-ci ilin may-dekabr ayları ərzində hissə-hissə, ümumilikdə cəmi 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Dələduzluqda ittiham olunan Tural Mahal oğlu Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir