www.sinerjipro.net

SinerjiProWide
Reklam

8232617 yaşlı Malala Yusifzai Dünya Uşaqlarının mükafatını qazanıb. Bu mükafatın qalibi dünya üzrə uşaqların səsverməsi ilə müəyyən olunur.

Bu mükafat Yusifzaiya oktyabrın 29-da Stokholmda təqdim olunacaq.

Yusifzai 2014-cü ildə Nobel Sülh mükafatını da qazanıb. O, eyni ildə həm Nobel mükafatını, həm də Uşaqların mükafatını alan yeganə şəxsdir.

Dünya Uşaqlarının mükafatı 2000-ci ildən təsis olunub. Məqsəd isə uşaqları demokratiya, uşaq haqları, dünya problemləri barədə məlumatlandırmaqdır.

Bundan əvvəl Dünya Uşaqlarının  Mükafatını Nelson Mandela, Kofi Annan , Anne Frank kimi şəxslər qazanıb.

Qeyd edək ki, Yusifzai 2012-ci ildə “Taliban” tərəfindən başından güllə ilə vurulmuşdu. (qafqazinfo.az)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."