Manatın düşməsinin əsl səbəbi – İqtisadçı açıqladı

Manatın düşməsinin əsl səbəbi – İqtisadçı açıqladı

Müəllif: Baş Redaktor

Baş Redaktor

manat68Hesab edirəm ki, son illərdə ən böyük yalnışlığımız da milli iqtisadiyyatımızı bütünlüklə neft gəlirlərinin yaratdığı tez əriyə “sabun köpüyü”nün üzərində qurmağımız oldu. Çünki, Azərbaycan qədər makroiqtisadi göstəriciləri, ÜDM-i, büdcəsi, ixracatı neftə sıx bağlı olan ikinci oxşar iqtisadiyyatlı ölkəni bizim regionda tapmaq mümkün deyildir.

Hətta Rusiya və Qazaxıstanın böhrana giriş mövqeyi bizimlə müqayisədə daha yaxşıdır. Belə ki, 2014-cü ilin yekunlarına görə, neft-qaz sektorundan gəlirlərin ÜDM-də xüsusi çəkisi Azərbaycanda 43,4 faiz təşkil etdiyi halda, Qazaxıstanda müvafiq göstərici 25 faiz, Rusiyada isə 18 faiz olub. Bu sektordan büdcəyə daxil olmalar Azərbaycanda 65,8 faiz olduğu halda Qazaxıstanda 55 faiz, Rusiyada 52 faiz təşkil edib. İxracata gəlincə. müvafiq göstərici Azərbaycanda 93,4 faiz, Qazaxıstanda 65,1 faiz, Rusiyada isə 63,1 faiz olub.

Təqdim etdiyim hər 3 ölkənin iqtisadiyyatının ən böyük problemi onun sağlam və dayanıqlı olmaması, gəlirlərin və ixracatın şaxələnməməsidir. Göründüyü kimi, bu üç oxşar problemli iqtisadiyyat arasında ən ağır xəstəliyə Azərbaycan düçar olub. Yeganə çıxış yolu hazırkı böhrandan nəticə çıxarıb, milli iqtisadiyyatı islahatlar yolu sağaltmaqdır. Bunun üçün ilk növbədə tələb olunan islahatlar aparmaq qabliyyətinə və proqramına malik olan şəffaf, hesabatlı və islahatçı komandanın formalaşdırılmasıdır. Çünki, indiki durumda iqtisadiyyatı idarəetmək və böhrandan çıxarmaq əvvəlki kimi neft satıb əldə edilən yüngül pulları şişirdilmiş layihələrə xərcləmək qədər asan deyildir. Başqa alternativimiz qalmayıb, əgər İqtsiadiyyat sağalmazsa manat bundan sonra dəyər qazanmayacaq.

Qubad İbadoğlu, iqtisadçı ekspert

İqtisadiyyat, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti