!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manatın məzənnəsi FES-in qərarından nə qədər asılıdır?

!Reklam – Yazi

federalXəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5 %-dən 0,75 %-ə qaldırdı.

Qurumun iki gün çəkən iclasında əsas qərarlardan biri də 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artıracağını elan etməsi oldu.

Aydın məsələdir ki, FES-in uçot dərəcəsini artırması bütün dünyada milli valyutaların mövqeyinə təsirsiz ötüşməyəcək. Bu şəraitdə cəmiyyəti narahat edən əsas məsələ, əlbəttə ki, qərarın Azərbaycan manatına təsiri barədədir. Son bir ayda dollar qarşısında sürətlə zəifləyən manatın bundan sonrakı məzənnəsi necə olacaq?

Hökumət qurumlarının FES-in qərarlarının manata təsirinə dair mövqeyi əvvəldən bəllidir: Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov dəfələrlə açıqlama verərək, FES-in qərarlarının Azərbaycanda dollar-manat münasibətlərinə ciddi təsir göstərmədiyi qənaətindədir. Baş bankir bildirir ki, FES-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.

Ekspert Samir Əliyev sosial şəbəkədəki hesabında bildirib ki, FES-in uçot dərəcəsini artırması manata təzyiqi artıracaq:

“Bazarda gərginlik olacaq, amma ötən dekabrda baş verən hadisəni gözləmirəm. Yəqin ki, ilinsonuna kimi manat bu templə ucuzlaşmaqda davam edəcək. Kəskin devalvasiya gözləmirəm, amma bu, istisna da deyil. Hətta kəskin devalvasiya olsa belə, bu, FES-in qərarına görə olmayacaq. Hər şey hökumətin davranışından asılı olacaq. Manatın indiki templə, yoxsa daha kəskin ucuzlaşacağını isə zaman göstərəcək”.

Qeyd edək ki, manatın dollar qarşısın da zəifləməsi prosesi hazırda daha çox yerli faktorlardan irəli gələn prosesdir: ölkəyə daxil olan dolların həcmi dəfələrlə azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunan bütün əsas növ məhsulların istehsalında azalma qeydə alınıb: neft hasilatı 1,5 %, əmtəəlik qaz hasilatı 4,9%, içkilərin istehsalı 12,9 %, tütün məmulatlarının istehsalı 12,6 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 65,9 %, kimya sənayesi məhsullarının istehsalı 14,1 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,9 %, tikinti materiallarının istehsalı 11,4 % azalıb. İstehsalın azalması – ixracın, yəni ölkəyə dollar gətirən malların satışının da azalması deməkdir. Bu şəraitdə ölkədə yaranan dollar qıtlığının qarşısını almaq hələ ki, mümkün olmayıb.

“Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə strateji yol xəritəsi” ndə gələn ildən etibarən manatla bağlı tam üzən məzənnə rejiminə keçilməsinin planlaşdırıldığını da nəzərə alsaq, yeni ildən etibarən dolların daha sürətlə möhkəmlənəcəyini söyləyə bilərik.

Dünya Sakit
Yenicağ.Az

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv