!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mançester radikal İslamçıların yuvasına necə çevrildi? - Avropa bu sualın cavabını axtarır

!Reklam – Yazi

Mançesterdə yaşayan gənc müsəlmanların radikal dini meyillərin təsirinə düşmələrinin qarşısını almaq mümkünsüz hala gəlib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “London Evening Standart” nəşrində dərc olunan “Mançester küçələri radikal İslamçıların yuvasına necə çevrildi?” adlı məqalədə şəhərdə radikal dini ovqatın güclənməsinin səbəblərinə toxunub.

Məqalənin girişində qeyd olunur ki, Mançesterdə bir neçə gün əvvəl baş vermiş terror hücumu həyata keçirən Salman Abedi şəhərin cənub hissəsində – çoxsaylı əyləncə məkanları, Pakistan restoranları, Yaxın Şərq mətbəxi təqdim edilən fərqli yerlərin olduğu bir ərazidə böyüyüb. Mançesterin ən kasıb rayonu sayılan Moss Sayd də orada yerləşir.

Adıçəkilən rayon ötən əsrin 90-cı illərində narkotik satışı və qanqster dəstələrinin meydan oxumaları ilə tanınsa da, hazırda radikal İslamçıların “qala”sına çevrilib. Qeyd olunur ki, indiyə kimi həbs olunan, ya da öldürülən 16 terrorçu məhz Moss Saydda böyüyüb-yetişib.

Onların arasında ən məşhur olanı isə Yamayka əsilli, daha sonra adını dəyişərək Camal əl-Harit olan Ronlad Fiddlerdir. Fiddler Kubadakı “Quantanamo” həbsxanasına salındığı üçün Böyük Britaniyaya qarşı məhkəmə iddiası qaldıraraq, 1 milyon funt-sterlinq təzminat almağa da nail olub. Daha sonra bu ilin fevralında İŞİD-ə qoşularaq, İraqda bir kamikadze hüçumu təşkil edib.

1994-cü ildə doğulan İsmayıl Abedinin valideynləri – Ramazan və Samia Qəddafi rejiminin vaxtında Liviyadan Böyük Britaniyaya qaçıblar. Dünən Çartltonda həbs olunan İsmayıl da tədricən dini radikalların təsirinə düşərək, onların əmr quluna çevrilib.

Ötən illər ərzində Mançesterin cənub rayonlarında Sudan, Əlcəzair, Liviya və Suriyadan güclü qaçqın axınına məruz qalıb. Qaçqınlar arasında dünyəvi həyat tərzi seçənlərlə yanaşı, radikal İslama meyillənənlər də kifayət qədərdir.
Bununla belə, Mançesterdə taksi sürücüsü işləyən Tanvir Əhməd şəhərdə törədilmiş son terror hücumunun xristianlara deyil, uşaqlara qarşı təşkil olunan yaramazlıq olduğunu düşünür.

Yeniçağ.Az

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv