Marşrutlarda gediş haqqı artırılıb – 60 qəpik…

Müəllif: Redaktor

Editor

111600136542-300x1492015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı bir çox avtobus marşrutlarının hərəkət xətləri dəyişdirildi və o zaman aidiyyatı qurumlar bunu bu beynəlxalq tədbirin keçirilməsilə bağlı “müvəqqəti hal” adlandırdılar.

Sonradan isə Bakı yollarında avtomobil “tıxaclar”ını aradan qaldırmaq üçün bu marşrutların hərəkətlərinə rəsmi dəyişkliklər olundu. Avtobusların son dayanacaq məsafələri azaldıldı.
Deməli, öncə bir avtobus marşrutundan istifadə edərək 20 -30 qəpik ödəməklə mənzil başına gələn sərnişinlər “marşrut islahatı”ndan sonra yolun “yarısı”na qədər gələrək 20 qəpik ödəyir, yolun qalanını getmək üçün daha 20 qəpik ödəyir, metro xidmətindən istifadə etmək üçün də əlavə 20-30 qəpik ödəməli olur. Beləliklə, “marşrut islahatı”na qədər gəliş-gedişi 20-60 qəpiyə başa gələn sərnişin bu üzdəniraq “islahat”dan sonra 1 manat 20 qəpik ödəməli olur. Bu isə dolayı yolla qiymət artımı və vətəndaşı “soymaq”dır.

Məsələ bundadır ki, hətta belə “üsul”lara əl atılsa da, bu hoqqabazlığa səbəb olan “tıxac” aradan qalxmır ki, qalxmır. Hələ də aidiyyatı qurumlar sərnişinin yol xərclərinin qeyri-rəsmi artırılmasına izah vermir.

Daha sonra paytaxtda “tıxac”ları aradan qaldırmaq adı ilə növbəti rəzalətə əl atılır. Ölkə rayonlarında qeydiyyatda olan avtomobillərin paytaxta buraxılmaması haqda qərar qəbul edilir. Bu isə vətəndaşın ölkədə hər-hansı fövqəladə səbəb olmadığı halda sərbəst hərəkət fəaliyyətinin məhdudlaşdırılması deməkdir.

Digər tərəfdən, vətəndaş ya Bakı avtovağzalında, ya Lökbatan dairəsində avtomobilini dayanacağa qoyaraq əlavə maliyyə sərf etməklə paytaxta gəlir. Yenə də izah edilmir ki, vətəndaş bir məsələni həll edə bilməyən rəsmi qurumun bacarıqsızlığı üzündən niyə əlavə xərcə düşməlidir? Paytaxtda tıxac varsa, bu, vətəndaşın problemi deyil, bu məsələyə görə dövlətin külli miqdarda maliyyə vəsaitlərini alan, amma işi görməyən və görməyi bacarmayan aidiyyatı qurumlar cavabdehdir. İndiki halda bir nazirliyin bacarıqsızlığının altını aşağı-yuxarı ölkənin 6 milyon nəfərədək rayon əhalisi insan çəkməli olur.

Vətəndaş avtomobili ona görə alıb ki, hərəkətində, istədiyi yerə çatmaqda, istədiyi yerə istədiyi zaman getməkdə problemi olmasın. Yenə də hansısa rəsmi qurumun bacarıqsızlığı üzündən vətəndaş həm sərbəst hərəkətindən, həm rahatlığından olur, həm də nəzərdə tutmadığı əlavə maliyyə vəsaiti xərcləyir.

Bu qədər insanın narahatlığındansa, bir nazirin vəzifəsindən azad olunması daha ədalətli olmazdımı?(Turan)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir