qezaMasallıda ağır yol-nəqliyyat qəzası baş verib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12.00 radələrində Masallı-Yardımlı şosesinin rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “Fiat” markalı və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Güclü zərbədən hər iki nəqlkiyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “VAZ-2107”-nin sərnişini olan ər və arvad aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Onların meyitləri morqa aparılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış “Fiat”ın sərnişini, 2004-cü il təvəllüdlü Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."