!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda film kimi dələduzluq - TƏFƏRRÜAT

!Reklam – Yazi

Masallı rayon sakini Elnur Azər oğlu Ağayev Yeniçağ.az-ın redaksiyasına şikayət ünvanlayıb.

E.Ağayev bildirir ki, 2009-cu ilin yay aylarında atası Ağayev Azər rayon ərazisində ağır avtomobil qəzası keçirtdikdən sonra əmək qabiliyyətini itirib:

“Evin böyük övladı kimi ailəmizin maddi-mənəvi yükü mənim üzərimdə qaldı. Mən həmin ilin avqust aylarında özümə iş tapıb işləmək üçün paytaxta üz tutdum. Çünki ailənin maddi durumu öhdəmdə idi. Anam 2-ci qrup əlildir, qardaşım məndən üç yaş kiçikdir. Nəhayət özümə uyğun Bakı şəhərində satıcı işi tapıb işləməyə başladım. İş yerim Nəsimi rayon ərazisində, metronun Memar Əcəmi stansiyası yaxınlığında “Moskva Univermağı” idi. Qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olurdum.Yenicə özümün necə bir insan olduğumu ətrafımdakı insanlara göstərirdim ki, mərdiməzar qarşıma çıxaraq mənim işdən çıxarılmağıma və banklara möhtac olmağıma səbəb oldu. Danışacağım şəxs həmyerlim 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğludur. O, 2009-cu ildə məndən bir neçə ay ərzində 8000 ABŞ dollar məbləğində qızıl zinyət əşyaları götürərək pulunu yavaş-yavaş verəcəyini söylədi. 2009-cu ildən əvvəl mən Zauru rayon sakini kimi tanıyırdım. Ona görə fikirləşməzdim ki, məni aldada bilər. Həmin ilin sonuna qədər Zaurdan götürdüyü əşyaların 4300 ABŞ dollarını aldım. Amma qalan 3700 ABŞ dollarını qaytarmadı. O vaxtdan etibarən 2015-ci ilə qədər Zaura dəfələrlə zəng edərək borcunu tələb etdim, amma heç bir faydası olmadı. Məcbur qalıb 2015-ci ilin əvvəllərindən etibarən dələduzluqla üzləşdiyimlə bağlı ölkənin bütün hüquq-mühafizə orqanlarına rəsmi və qeyri-rəsmi müraciətlər etməyə başladım. DİN-ə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müraciətlər etdim. Sonda iddia ərizəsi ilə Masallı rayon məhkəməsinə müraciət etdim. Hakim Nemət Musayev 2(050)-570/2015 saylı 17 aprel 2015-ci il tarixli qətnamə ilə mənim iddiamı. Qərara görə 3700 ABŞ dolları cavabdeh Zaur Qalabəy oğlu Məmmədovdan alınaraq mənə ödənilməlidir. Amma sonradan Zauru tapmaq və yerini müəyyənləşdirmək problemə çevrildi. Nə polis, nə icraçılar borclunu tapa bilmədilər. Qeydiyyatda olduğu ünvan-Masallı şəhəri Heydər Əliyev küçəsi 32/3-də qalmırdı. O mənzil də dəfələrlə satılmışdı. Nəhayət Zaur böyük axtarışdan sonra mənim sayəmdə “Embawood” şirkətində yüksək vəzifə sahibi olan qardaşı İlqar Məmmədov tərəfindən könüllü olaraq, 04.04.2016-cı il tarixdə Masallı rayon məhkəməsinə gətirildi. Yerində borclu Zaur Məmmədov məhkəmə qərarını könüllü icra etmədiyi üçün 10 sutka inzibati həbs olundu. Mən tələbkar olaraq 14.04.2016-cı il tarixdə işi aparan icra şöbəsinin icra məmuru ilə telefon əlaqəsi saxladım. İşimin bundan sonra necə aparılacağını soruşduqda icra məmuru mənə borclu Zaur Məmmədovun yenidən digər bir başqa cinayət əməlinə görə 1 il həbs olunması xəbərini dedi. Mən eyni zamanda dələduzluqla üzləşməyimlə bağlı Zaurun 2013-cü ildə törətdiyi başqa bir cinayəti üçün Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən rayon ərazisində saxlanıldığı üçün oranın prokurorluğuna da şikayət etmişdim. Xatırlasanız Zaurun həmin cinayəti də mediada fakt olaraq işıqlandırılmışdır. O zaman Zaurun dələduzluğu tanıdığı insanların ona olan etibarından sui istifadə edib onlardan pul alıb, SOCAR-a işə düzəltməsi olmuşdur. O zaman Zaura cərimə cəzası kəsilmiş və sərbəst buraxılmışdı. Onu cərimə cəzası ilə cinayətdən yayındıran qardaşı İlqar Məmmədov olub. Ona görə o 14.04.2016-cı il tarixdə inzibati həbsi qurtardıqdan sonra yenidən 2013-cü ildə törətdiyi cinayət məcəlləsinin 178.2 ci maddəsinin cəriməsini ödəmədiyi üçün 1 il həbs olundu.Təqvimlə dələduz Zaur Qalabəy oğlu Məmmədov 14.04.2017-ci ildə azadlığa buraxılmalı idi. Amma yenidən necəsə o 11.11.2016-cı il tarixdə yəni 7 ay cəzasını çəkməmiş sərbəst buraxıldı. Hal-hazırda borclu azadlıqdadır. O,Pentensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman icra sənədi məhkəmə tərəfindən icra olunması üçün müəssisəyə göndərilmişdir”.

Elnur Ağayev müraciətində qeyd edir ki, 5 saylı cəzaçəkmə müəssisəsi borclunu müvafiq işlə təmin edib tutulma apara bilməyib:

“Mən tələbkar kimi özümdə işin necə aparılmasını öyrənmək üçün müəssisəyə 2 dəfə sorğu göndərmişdim. Son nəticə belədir ki, Zaur Qalabəy oğlu Məmmədov sırf dələduzdur, hazırda azadlıqdadır. O, borcunu inzibati həbsdən sonra da vaxtlı-vaxtında ödəmirsə onu minimum 2 il həbs gözləyir. Amma mən bunun əleyhinə olduğum üçün, yəni borclunun həbs olunmasını istəmədim və Masallı rayon məhkəməsində onun da razılığı ilə hər ay 100 ABŞ dollar ödəyəcəyinə razılaşdıq. Onun mənə bu günə olan borcu 3000 ABŞ dollarıdır. Bir ay ödəməsinə baxmayaraq, sonradan yenə ödəmir. Onu da nəzərinizə çatdırım ki, Zaur Qalabəy oğlu Məmmədov bu 7 il ərzində olan borcundan 700 ABŞ dolları ödəyib”.

Yeniçağ.az

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv