Yazı İçi 468×60

118258_res_01Abşeron rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Hadisə rayonun Masazır qəsəbəsi, Həsən Əliyev küçəsi 142 ünvanında qeydə alınıb. Yanğın, ümumi sahəsi 130 kv.metr olan birmərtəbəli 5 otaqlı yaşayış evini bütünlüklə əhatə edib. Yanğını əvvəl qonşular görüb və bu barədə FHN-in yanğından mühafizə xidmətinə məlumat veriblər.

Əraziyə gələn yanğınsöndürənlər ilk olaraq yanğının qonşu evlərə keçməsinin qarşısını almağa çalışıb. Daha sonra güclü alov söndürülüb. Müəyyən edilib ki, hadisə baş verən zamanı evdə heç kim olmayıb. Sonradan evin sahiblərinə də məlumat verilib. Yanğın xəbərinə hadisə yerinə gələn ev sahiblərindən birinin halı pisləşib.

“Azəriqaz” İB-in Abşeron rayon şöbəsininin nümayəndələri də ərazidə idi. Ancaq istər qaz, istərsə də elektrik sayğaclarının yoxlanılması onların qoşulu olmadığını üzə çıxarıb. Belə olan halda evin qəsdən yandırıldığı ehtimalı yaranıb ki, bununla əlaqədar Abşeron RPİ-yə məlumat verilib.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub və işin istintaqı müstəntiq Eldəniz Vəliyevə tapşırılıb. İsti izlərlə keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin kürəkəni 21 yaşlı Məmmədov Qara Ceyhun oğlu saxlanılıb. Verilən məlumata görə, qudalar arasında 5 min manat borc pul söhbəti olub. Qayınatasının, atasına olan borcunu qaytara bilmədiyini görən Qara Məmmədov evi yandırıb.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. (ANSPRESS)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."