Yazı İçi 468×60

masinaqaca07Balakəndə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.

Hadisə zamanı sürücü, Balakən rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əlixan oğlu Saramanov, sərnişinlər – Balakən rayon sakinləri, 1985-ci il təvəllüdlü Əfqan Nəriman oğlu Doldalov, 1997-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Əzizov və 1998-ci il təvəllüdlü Musa Xəqani oğlu Orucov aldıqları xəsarətdən ölüblər.

***
08:09

Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər ölüb.

Hadisə bu gün saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəxsiyyəti hələ ki məlum olmayan sürücünün idarə etdiyi “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.

Qəza zamanı avtomobilin sürücüsü və şəxsiyyəti hələ ki məlum olmayan daha 3 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin şəxsiyyətini dəqiqləşdirmək üçün cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsindən bildirilib ki, qəza zamanı ölən şəxslər hamısı kişidir və onlar Balakən rayon sakinləridir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.(APA)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."