376536Heç kəsə sirr deyil ki, avtomobili yalnız sürməyə hüquq verən etibarnamə ilə bağlı bəzi məqamlarda mübahisələr yaranırdı. Yəni bu tip etibarnaməsi olan sürücü içəridə ola-ola avtomobili vəsiqəsi olan başqa şəxs idarə edirdisə, onda cərimələr tətbiq edilirdi. Bunun qarşısını almaq üçün inzibati xətalar məcəlləsində dəyişiklik ediləcək.

Avtomobili etibarnamə ilə idarə edənlərlə bağlı yeni qaydalar hazırlanıb.

Qaydaların mayın 1-də qüvvəyə minməsi gözlənilir. Hazırkı Məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir. Söhbət baş etibarnamədən yox, avtomobili yalnız sürmək üçün verilən etibarnamədən gedir

İndiki qaydalara bu tip etibarnaməsi olan şəxs avtomobildə olsa belə, maşını başqasına idarə etməyə verəndə cərimələr tətbiq edilirdi. Etibarnaməsi olan deyil, avtomobili idarə edən şəxs 40 manat miqdarında cərimələnirdi. Bu yanaşma mülki qanunvericiliyin mahiyyətinə ziddir və dəfələrlə bununla bağlı yol polisləri ilə sürücülər arasında mübahisə yaşanırdı. Yeni qaydalar bu problemlərə son qoya bilər.(Xəzər Xəbər)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."