www.sinerjipro.net

SinerjiProWide
Reklam

12308244_10206967239212206_6896034245622221642_nQulu Məhərrəmli: “Deməli qanunu saymırlar”

Ötən bazar günü prezident İlham Əliyevin imzaladığı sərəncamla “Günəşli” yatağındakı yanğınla bağlı bir günlük matəm elan edilsə də, bəzi televiziya kanalları buna əməl etməyib.

Belə ki, matəm günlərində teleradio proqramlarında reklam yayımlanması qanunla qadağan edilsə də, bəzi elektron KİV-lər buna yuxarıdan aşağı baxıblar.

Halbuki, reklam yayımı haqqında Qanunun 20.8-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında reklam yayımlanması qadağandır.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən siyasi şərhçi, teletənqidçi Qulu Məhərrəmli bəzi telekanalların ötən bazar günü matəmlə bağlı qaydalara riayət etməməsini onların qanunlara saymazyana münasibətinin təzahürü kimi dəyərləndirdi: “Matəm günündə televiziyalarda reklam və şən xarakterli verilişlər olmalı deyildi. Matəm günü o deməkdir ki, əyləncəli verilişlər olmaz. Matəm ona görə elan olunur ki, dövlətin bütün vətəndaşları ölkəyə üz verən ağır fəlakətdən xəbərdar olsun, bilsinlər ki, həmvətənləri həlak olub. Televiziyaların həmin günü reklam çarxlarından imtina etməməsi fikrimcə, yanlış haldır. Onlar da verilişlərində matəm gününün qaydalarını nəzərə almalı idilər. Həddən artıq şən mahnılar, xüsusən oynaq reklamlar, kliplər verilməli deyildi. MTRŞ-da bu prosesə lazımınca nəzarət etməlidir. Televiziyalar həmin qanunu pozublarsa, deməli qanunu saymırlar”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."