!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mattis: "Suriyalı kürdlərə silah verməyə davam edəcəyik"

!Reklam – Yazi

ABŞ-ın müdafiə naziri Cim Mattis, Rakkada İŞİD-ə qarşı aparılan mübarizə barədə danışıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı nazir Rakka əməliyyatı bitdikdən sonra da kürdlərə silah veriləcəyini söyləyib.

Qeyd edək ki, İŞİD-lə mübarizə bitdikdən sonra verilən silahların geri alınacağı barədə Türkiyəyə təminat verilib. Mattis bildirib ki, bu məsələ növbəti hərbi əməliyyatların harada və nə zaman olacağı ilə bağlıdır.

Mattisin keçən həftə türk həmkarı Fikri İşıka göndərdiyi məktubda ABŞ-ın YPG-yə verdiyi silahlar barədə hər ay davalı olaraq Türkiyəyə məlumat veriləcəyi bildirilmişdi.

Həmçinin məktubda qeyd edilmişdi ki, İŞİD məğlub edildikdən sonra qeydiyyatda olan silahlar və hərbi sursatlar geri alınacaq.

Yenicag.Az

www.yenicag.az

911
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv