!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mayda əfv ola bilər

!Reklam – Yazi

efv339“May ayında yenidən əfvlə bağlı sərəncam verilə bilər”.

Bunu açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, bəzi şəxslər hələ də əfv ərizəsi yazmayıb: “Biz hüquq müdafiəçiləri Əfv komissiyasına müraciət edirik. Elə şəxslər var ki, onlar ərizə yazmayıblar. Biz onların əfv olunması üçün ərizə yazıb xahiş edirik. Əfv sərəncamı həm də komissiyanın iclasının olmasından asılıdır. Azərbaycan humanist addımlar atmaqdadır. Amma necə olacaq, nə vaxt olacaq, onu prezident deyəcək”.

M.Qəhrəmanlı bu günlərdə hüquq müdafiəçilərinin yenidən iclasının keçiriləcəyini bildirib: “Biz çalışırıq ki, işçi qrupunun da iclası olsun. Hazırda bununla bağlı müzakirələr gedir”.

Qeyd edək ki, ölkə başçısı sonuncu əfv sərəncamını Novruz bayramı ilə əlaqədar imzalayıb. Həmin sərəncam 137 məhbusa şamil olunub.(Aznews)

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv