Mayer saatları dünyaya necə səs saldı?

Mayer saatları dünyaya necə səs saldı?

Müəllif: Redaktor

Editor

Texnologiyanın inkişafı nəticəsində ağıllı saatların istehsal olunmasına baxmayaraq, İsveçrənin illərin sınağından keçən, əsl sənətkarlıq nümunələri olan saatları dünyada üstünlüyünü qorumağa hələ də davam edir.

Bu barədə danışan, “The Bernhard H. Mayer” markasının sahibi, İsveçrədə beş nəsil saat istehsalı həyata keçirən Bernhard H. Mayer bir saatın İsveçrə standartında necə olmasından söz açıb.

İstehsalı və əl sənətkarlığı İsveçrədə olmalıdır!

İsveçrədə QNET markası üçün lüks saat istehsal edən Bernhard H. Mayer ildə 50 min lüks saat istehsal etdiklərini vurğulayıb:

“Keyfiyyətdən kənara çıxmamaq üçün daha çox saya üstünlük vermirik, çünki İsveçrə saatının bir standartı var. Bunlardan birincisi, saatı təşkil edən hissələrin müəyyən detallarının mütləq İsveçrədə istehsal edilməsi lazımdır. İkinci mühüm məqam da – istər avtomatik, istərsə də mexaniki olsun – saatları sertifikat sahibi olan professional saat ustaları istehsal edir. Biz də İsveçrə Saat İstehsalı Birliyinin (Swiss Watch Maker Association) müəyyən etdiyi standartlara riayət edirik və məhsullarımızı qlobal şəkildə satırıq”.

Kişilər karyera, qadınlar isə lüks simvolu kimi alır

İsveçrə istehsallı saatın bir hədiyyə ənənəsi də olduğunu qeyd edən Mayer, “Mən anadan olanda atam anama çox xüsusi bir saat hədiyyə etdi. Həyat yoldaşım doğuş edəndə mən ona xüsusi bir saat hədiyyə etdim ki, oğlum da gələcəkdə xanımına nəvəm anadan olanda hədiyyə etsin; buna görə də bu ənənə nəsildən-nəsilə ötürülür. Yeni nəslin texnoloji saatlarında eyni ənənəni saxlamaq çox çətindir. İsveçrə saatları hədiyyə mədəniyyətinin bir davamıdır. Bu səbəbdən buna üstünlük verilir. Bir də kişilər iş həyatında karyera pillələrində yüksələrkən, qadınlar da dəbin və zinətin simvolu olduğu üçün İsveçrə istehsallı saat almaq arzusuna düşür”, – deyə qeyd edib.

Henri Forddan təşəkkür məktubu

BHM markası II Dünya müharibəsindən əvvəl əsilzadə ailələrə, alman imperatoruna və bir çox məşhur adların şərəfinə kolleksiya nümunələri istehsal edib. Yenə eyni dövrdə Henri Ford saat istehsalçısı olan valideynlərimə təşəkkür məktubu göndərib. II Dünya müharibəsində zavod yerlə-yeksan edilmişdi, lakin işdən yenə də əl çəkməyiblər. 2006-ci ildə “Cimier”i alan Bernhard H. Mayer bu gün yalnız QNET üçün özəl saatlar istehsal edir.

Yenicag.az

Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti