Mayk Pens: “Tramp kiberhücumlara qarşı sərt tədbirlər görəcək”

Müəllif: resul

Editor

mayk-pensDonald Tramp prezident postunda kiberhücumlara qarşı sərt tədbirlər görəcək.

Yeniçağ.Az-ın “APA”-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın yeni seçilən vitse-prezidenti May Pens bəyan edib.

“Donald Tramp artıq Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin məruzəsi ilə tanış olub. Əminliklə deyə bilərəm ki, biz gələcəkdə bu kimi müdaxilələrin qarşını almaq üçün sərt tədbirlərə əl atacağıq”, deyə M.Pens bildirib.

ABŞ kəşfiyyatının məruzəsində ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığı bildirilir. Qeyd olunur ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Məruzədə həmçinin bildirilir ki, ABŞ kompüter sistemlərinə kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır