Yazı İçi 468×60

11986047_1025529337481205_1920944526_odf«İstər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış yolverilməzdir».

Yenicag.az xəbər verir ki, Bakıdakı «McDonalds» restoranlar şəbəkəsinin kadrlar şöbəsinin müdiri Anar Bayramov AzadlıqRadiosuna açıqlamasında belə deyib. O, restoranın Nərimanov rayonundakı filialında mühafizəçinin uşaqlı qadını kobudluqla oradan uzaqlaşdırması ilə bağlı yayılmış videodan xəbərsiz olduqlarını bildirib: «Bu barədə məlumatsızıq. Hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kimsə bu cür davranışa yol veribsə, təbii ki, tədbir görəcəyik. Adətən dilənçilər belə yerlərə müdaxilə etmirlər. Müştərilər bizim restoranlarda istirahət edirlər və heç kəsin onların istirahətinə mane olmasına icazə yoxdur. Amma kobudluq da olmamalıdır, məsələni araşdıracağıq».

Anar Bayramov restoranlardakı mühafizəçilərin onlar tərəfindən deyil, kənar şirkət tərəfindən təyin olunduqlarını bildirib.Sözügedən videonu AzadlıqRadiosunun saytına adının açıqlanmasını istəməyən Bakı sakini göndərib. Onun dediyinə görə, hadisə sentyabrın 3-də, restoranın Nərimanov rayonundakı filialında baş verib.

Videogörüntüdən də görünən odur ki, mühafizəçi dilənçi olduğu ehtimal olunan qadın və onun yanındakı azyaşlı uşaqla kobud davranır, onlara əl qaldırmaqla ərazidən uzaqlaşdırmağa çalışır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."