www.sinerjipro.net

SinerjiProWide
Reklam

mdbXarici işlər nazirlikləriarası (XİN) məsləhətləşmələrin iştirakçıları MDB-yə üzv dövlətlərin ixrac nəzarəti və yayılmama sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiya XİN-i məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan (müşahidəçi qismində), Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

“Xarici siyasət idarələri nümayəndələri ixrac nəzarəti milli sistemlərindəki son dəyişiklikləri, ixrac nəzarəti çoxtərəfli mexanizmlərində işlərin vəziyyəti və BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin reallaşdırılması problematikasını müzakirə ediblər”, – deyə nazirlikdən qeyd olunub.

Növbəti görüşün 2017-ci ilin dekabrında Moskvada keçirilməsi nəzərdə tutulur.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."