yenicag.az
yenicag.az

Məcburi köçkünlərin yaşadığı bina uçdu (Yenilənib)

Məcburi köçkünlərin yaşadığı bina uçdu (Yenilənib)

Müəllif: Redaktor

Editor

12185926_135991540089804_130659357_otgYevlax rayonunun Salahlı kəndində məcburi köçkünlərin məskunlaşdığı məktəb binasının uçması orda yaşayan insanların həyatını təhlükə altına qoyub.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşkarı və rayon fövqəladə hallar komissiyasınin üzvləri, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Yevlax nümayəndəliyin rəsmiləri hadisə yerində olublar.

Məlum olub ki, intensiv yağan yağış suları uzun illərdi ki, qəzalı vəziyyətdə olan məktəb binasının çökməsinə səbəb olub. Həmin binada yaşamaq təhlükəli olduğundan binadan məskunlaşan ailələrin müvəqqəti olaraq xəstəxana binasında yerləşdirilməsinə qərar verilib.

***

Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı məktəb binası uçub.

Məlumata görə, hadisə rayonun Salahlı kəndində yerləşən peşə məktəbinin binasında baş verib. Uzun illərdir ki, məktəb binasında müvəqqəti məskunlaşan Səbahət Ziyafətdin oğlu Abdulrəhmanov və Xəqani Heydər oğlu Cəfərovun yaşadığı mənzilin divarı uçub.

Məcburi köçkünlərin sözlərinə görə, dağıntıya səbəb yağışlı hava olub.

İstismar müddəti başa çatan bina qəzalı vəziyyətdə olsa da, köçkünlər binada yaşamaq məcburiyyətindədirlər.

Qeyd edək ki, həmin binada 16 köçkün ailəsi məskunlaşıb. Evləri uçan köçkünlər Kəlbəcər rayon sakinləridir(report).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti