!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəniyyət və Turizm Nazirliyi tender elan edir

!Reklam – Yazi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti aprel ayı ərzində tədbirlərin təşkilinin satınalınması üçün Açıq Tender Elan Edir
Tender 3 lot üzrə keçirilir:

Lot -1. ATMU-nun Beynəlxalq turizm sərgisində iştirakının və stendinin təşkili.

Lot -2. ATMU ilə Krems İMC Universiteti arasında əməkdaşlığın 10 illiyinə həsr edilmiş beynəlxalq  konfransın keçirilməsi.

Lot -3. Ümummilli liderin 94 illiyi ilə əlaqədar “Azərbaycanda mehmanxana və qida sənayesi: bu  günü və gələcək inkişafı” mövzusunda gənc tədqiqatçıların IV Respublika konfransının keçirilməsi.

Tender iştirakçılarına təklif edilir ki, bu layihə üzrə öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə, yazılı surətdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllədə yerləşən Azərbaycan Turizm və Menecment Universitetinə təqdim etsinlər.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

-iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi qiymətinin 3 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflər açıldığı gündən ən  azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının ixtisas göstəricilərinə dair sənədlər.

Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır. Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib olunmalıdır (başqa dildə olan sənədlərə onların Azərbaycan dilində tərcüməsinin surətləri əlavə edilməlidir).

İştirak haqqı hər bir lot üçün 100 manatdır.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı iştirak haqqını aşağıdakı hesaba köçürməlidir:

VÖEN: 1500817681
Hesab: AZ27İBAZ 40090019445931153206
Bankın adı: ABB ASC Nərimanov filialı
VÖEN: 9900001881
Kod: 805540
Müxbir hesab: AZ03NABZ 01350100000000002944
S.W.İ.F.T.: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 mart 2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 mart 2017-ci il, saat 17.00-a qədər Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllədə yerləşən Azərbaycan Turizm və Menecment Universitetinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender təklifi zərfləri 30 mart ­2017-ci il saat 10.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə.
e-mail: [email protected]
Tel / Fax: (+994 12) 564 42 33 (daxili 123).
Mobil: (051) 863 36 99.

Yenicag.Az

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv