!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədəsindən 40 ədəd bıçaq çıxdı – Fotolar

!Reklam – Yazi

;lpolkpkipiYenicag.az xəbər verir ki, Hindistanda metal yemə vərdişi olan bir adamın mədəsindən beş saat davam edən əməliyyatla tam 40 ədəd bıçaq çıxarıldı.

42 yaşındakı Jarnail Singh, bundan bir neçə gün əvvəl qarın ağrısı və halsızlıq şikayətiylə xəstəxanaya yerləşdirilib. Həkimlər onun mədəsində 40 ədəd bıçaq olduğunu aparılan müayinələrdən sonra biliblər.

Singh bu bıçaqların hamısını son iki ay ərzində mədəyə endirmişdi. Həkimlərə isə “bıçaqların dadını çox sevdiyini” söyləyib.

Məlumata görə, Singhin daxili orqanlarında bəzi kəsiklər olduğu aşkar edilib, lakin heç bir  həyati təhlükəsi olmadığı bildirilir.

CNN-nin xəbərinə görə Singh əməliyyatdan sonra xəstəxananın psixiatriya bölməsinə yerləşdiriləcək.
5 saat davam edən əməliyyat zamanı həkimlər Singhin mədəsindən 17 sm-ə qədər çatan 40 ədəd bıçaq çıxarıb.

“Çox gərgin idim. Kiçik bir səhv belə xəstənin həyatına mal ola bilərdi. 20 il təcrübəmdə belə bir şeylə qarşılaşmamışam. Xəstəyə dedik ki, əgər bədənində daha çox dəmirə ehtiyac varsa, o zaman ispanaq ye”deyə həkim açıqlama verib.

Bunlar da 42 yaşındakı adamın mədəsindən çıxan bıçaqlar:

www.yenicag.az

1004
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv