yenicag.az

Mədət Quliyevin postunu kim tutacaq? – 2 namizəd var

Mədət Quliyevin postunu kim tutacaq? – 2 namizəd var

Müəllif: Redaktor

Editor

medet-guliyev-flash-300x240Penitensiar Xidmətin rəisi vəzifəsinə iki namizəd var. Bu barədə azadlıq.info-ya daxil olan məlumatda deyilir ki, namizədlərdən biri 1 saylı Bakı Istintaq Təcridxanasının rəisi Azər Seyidov, digəri isə Penitensiar Xidmətin rəis müavi Hüseyn Əlixanovdur. Məlumata görə, Azər Seyidov Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədova yaxın şəxsdir.

Hüseyn Əlixanov isə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə qudadır. Lakin mənbə bildirir ki, istənilən halda bu məsələdə ədliyyə naziri Fikrət Məmmədovun rəyi nəzərə alınacaq.

Xatırladaq ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Yenicag.az

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti