!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media generalları sorğu cəzasından danışdılar

!Reklam – Yazi

Jurnalist adından sui-istifadəyə görə cəza ağırlaşdırılırAydın Quliyev: “Jurnalistin sorğularını vaxtında cavablandırmamağa görə cəzaların artırılması ümumi işimizin xeyrinədir”

Əflatun Amaşov: “Düşünürəm ki, jurnalistə informasiya verməkdən imtinaya görə onu verməyənlərə münasibətdə cərimələrin artırılması media işçisinin informasiya əldə etməsi sahəsində mövcud olan müəyyən boşluqları doldurulmağa xidmət edəcək”

Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq olunur.
Məlumata görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində təsbit olunub.

Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək.
Maddənin ikinci hissəində isə deyilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.
Hazırda qüvvədə olan məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.
Azərbaycan prezidenti tərəfindən təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu təqdirdə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək. Görəsən, belə bir məcəllənin qəbulu, cərimələrin sərtləşdirilməsi müvafiq rəsmi və qeyri-rəsmi qurumların mətbuat işçilərinin sorğularına cavab verməkdən yayınmalarının qarşısını ala biləcəkmi?

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yenicag.az-a açıqlamasında sözügedən məsələdə cəzaların sərtləşdirilməsinin ümumi işin xeyrinə olacağını bildirdi: “Mətbuat Şurasının artıq uzun müddətdir həyata keçməsinə nail olmaq istədiyi layihələrdən biri də məhz budur. Çox yaxşı haldır ki, nəhayət qanunvericilik səviyyəsində bu məsələyə baxılacaq. Son vaxtlar media ilə bağlı bütün mətbuat və cəmiyyətin marağında olan bir sıra məsələlərlə əlaqəli cərimələrin məbləğinin artırılması formasında dəyişikliklər təqdirəlayiqdir. İstər jurnalist adından sui-istifadə edənlərə, istər KİV-in qanunsuz maliyyələşdirilməsilə məşğul olanlara, istərsə də, jurnalist sorğularına cavab verməkdən imtinaya görə cərimələrin yüksəldilməsi cəmiyyət, həm də media üçün çox önəmlidir. Xüsusilə də jurnalist sorğularının əsassız və qanunsuz şəkildə, özbaşına formada, süründürməçilik yolu ilə zamanında cavablandırılmaması düşünürəm ki, cəmiyyətimizin inkişafı qarşısında ciddi bir maneəyə çevrilib. Bu həm jurnalist hüquqlarının pozulmasıdır, həm də bir çox hallarda biznes və dövlət məmurlarının bəzilərinin özbaşınalığının son həddə çatmasının bir ifadəsidir. Jurnalistin sorğularını vaxtında cavablandırmamağa görə cəzaların artırılması ümumi işimizin xeyrinədir. Bildiyim qədər bununla bağlı Cinayət Məcəlləsində də maddə var. Fikrimcə, Cinayət Məcəlləsində bu istiqamətdə mövcud olan cəzaların da aktuallaşdırılmasına ehtiyac vardır”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bu qənaətdədir ki, atılması gözlənilən bu addım yurnalistin informasiya əldə etməsinə əngəl olan bir çox maneələrin aradan qaldırılmasına xidmət edəcək: “Yurnalist sorğularına cavab verməməyə görə yeni cəzaların tətbiqi məsələsinə kompleks halında baxsaq daha yaxşı olar. Ümumiyyətlə, jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət Azərbaycan qanunvericiliyində mövcuddur. “KİV Haqqında” qanunda birmənalı şəkildə bu müddəa öz əksini tapır. KİV-ə, jurnalistə qarşı senzura yolverilməzdir. Peşə müstəqilliyini pozmaq, onun bir hissəsini qeyri-qanuni müsadirə və məhv etmək olmaz. Eyni zamanda, jurnalist sorğusuna Azərbaycan Respublikasının qanunvericiliyilə müəyyənləşdirilmiş müddətdə cavab verilməsi və digər məsələlər “KİV Haqqında” qanunda öz əksini tapıb. İnformasiya əldə etməyin mexanizmləri də görünür. İnformasiya nədir, qapalı, açılması mümkün olan informasiya hansıdır, hansi məqamlarda informasiya verilə bilməz, hansı məqamlarda verilə bilər? Qapalı informasiyalara eyni zamanda konfidisial informasiyalar, dövlət sirri daxildir. Həmçinin, özəl informasiyalar da var. Bütün bunlar qanunvericilikdə birmənalı qaydada öz əksini tapır. Cinayət Məcəlləsində də məsələ öz əksini tapıb. Kimsə jurnalistin qanunu peşə fəaliyyətinə əngəl olursa, ona zor tətbiq etmək və yaxud zor tətbiq etmə hədəsilə onun məlumat əldə edərək yaymasına maneə olursa, bu həm cərimələrlə cəzalandırılır, eyni zamanda 1 il müddətinə qədər islah işləri nəzərdə tutulur. Onu törədən vəzifəli şəxs olduqda isə onda cərimənin məbləği də çox olur, cəza isə 2 illik islah işləri və 1 il müddətinə azadlıqdan məhrum olunma ilə yekunlaşa bilər. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin birinci variantında da bu məsələlər nəzərə alınıb. Ancaq cərimələrin həcmi kifayət qədər az idi. İndi isə görürük ki, yeni İnzibati Xətalar Məcəlləsinə görə cərimələrin həcminin xeyli dərəcədə artması nəzərdə tutulur. Burada söhbət ondan gedir ki, qanunvericilikdə jurnalistin hüquqlarının qorunması istiqamətində bu qədər maddələr var. Amma qanunvericilikdə öz əksini tapan bu imkanlardan nə dərəcədə istifadə olunub? Məsələn, hansı jurnalist ona informasiya verməyən şəxslə bağlı bu və ya digər mənada müvafiq qurumlara müraciət edib, belələrini məhkəməyə verib? Əlbəttə ki, cərimələr olur, onun həcmi də artır. İnformasiya sahibləri hansı məqamda informasiya verməkdən çəkinə bilərlər? Onlar doğrudan da informasiya verməsə bu cəzalar tətbiq oluna bilərmi? Bunlar hamısı kompleks halında olan məsələlərdir. Düşünürəm ki, jurnalistə informasiya verməməyə görə onu verməyənlərə münasibətdə cərimələrin artırılması jurnalistlərin informasiya əldə etməsi sahəsində mövcud olan müəyyən boşluqları doldurulmağa xidmət edəcək. Milli Məclisdə bu dəyişikliyə səs verəcəyəm”.

ELÇİN

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv