!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mediaktiv.az-ın əməkdaşları maraqlı klip çəkib

!Reklam – Yazi

Naxçıvan gəncləri yeni layihələrlə dünya miqyasında böyük səs-küyə səbəb olub. Naxçıvan şəhərində yeni yaradılmış “NELS Films” artıq ilk işində amerikalı yeni nəsil musiqiçi (DJ) Ship Wrekin diqqətini çəkə bilib.

Belə ki, rejissorluğunu Elvin CƏFƏR, aktyorluğunu Nail SEYİDOV, prodüserliyini isə Əziz İBRAHİMOV-un üstləndiyi klip, Ship Wrek-in lisansında olan “PAİN” mahnısı əsasında çəkilib. 

Maraqlı məsələ odur ki, mahnının COVER şəkilinə oxşar yer axtarışında olan gənc rejissor şəkilə oxşar yer olaraq, Naxçıvanın Şahbuz rayonunun ucqar və gözəllikləri ilə göz oxşayan Kükü kəndini seçib. Kükü kəndində bir neçə gün gecələyən klip heyyəti, uğurlu çəkilişlərdən sonra Naxçıvan şəhərinə yollanıblar. 30 gün müddətində klipi motajlayan gənc heyyət, 01.02.2017 tarixdə bir neçə gənclə bərabər klipin təqdimatını ediblər.

“PAİN” mahnısının lisanslı bəstəkarı, yeni nəsil musiqiçi (DJ) Ship Wrek kliplə facebook sosial platformasında tanış olub. Çəkilən klipə müsbət fikirlərini bildirmək istəyən Ship Wrek klip heyyəti ilə əlaqə yaradaraq onları təbrik edib, heyyətə dəstək verəcəyini açıqlayıb.

DJ Ship Wrek klipi öz sosial platformalarında yayımlamaq istədiyini ” NELS Films” – ə bildirib. Heyyət klipin yayımlanmasına icazə verib.

 

“NELS Films” dən aldığımız müsahibədə heyyət yeni kliplərin hazırlandığını, daha gözəl layihələrlə çıxış edəcəklərini açıqlayıblar.

Qeyd etmək istəyirik ki, daha əvvəllər “Simmetriya Movie” adı altında bu heyyət müxtəlif layihələrə imza atıblar.

Sizləri çox gözlətmədən bu möhtəşəm klipin seyrinə dəvət edirik. Buyurun izləyin:

Yeniçağ.Az

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv