HighTechnic

hightechnic
Ads by Google

Bu gün Medianews.az saytının 5 yaşı tamam olur.

5 il öncə qızıl payızın ilk günündə ilk xəbərini oxucuya çatdıran, media aləminə qədəm qoyan Medianews.az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

Medianews.az saytı 2012 – ci ilin sentyabr ayının 23-də fəaliyyətə başlayıb.

Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.

Bu ötən 5 il ərzində oxucularımıza hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışdıq. Hər zaman “sarı mətbuat”dan uzaq duraraq, peşə prinsiplərinə sadiq qalaraq, oxucu kütləmizi daha da artırdıq.

Gündəlik 18-20 min ziyarətçisi olan saytımızda ölkənin tanınmış yazarlarının məqalələri dərc edilir.

“Medianews” bundan sonra da çalışacaq ki, xəbər jurnalistikasının prinsip və dəyərlərinə sadiq qalsın, peşəmizi gözdən salan, dilənçilik, reketlik edən üzdəniraq “jurnalist”lərin səfinə qoşulmasın, jurnalist adının şərəfini qorusun.

Yenicag.az Medianews.az saytının kollektivini təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 222
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."