Yazı İçi 468×60

trend_election_prisoner_231209_1İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadınlar üçün olan cəzaçəkmə müəssisəsində olub.

Trend-in məlumatına görə, cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən Ombudsman E.Süleymanova bildirib ki, bu onun müşahidə apardığı ilk seçki məntəqəsədir.

Ombudsman qeyd edib ki, məhkumlar seçkilərdə fəal iştirak edirlər və bu özünü 4 saylı cəzaçəkmə müəssisəsində də göstərir.

Xatırladaq ki, bu gün Azərbaycanda parlament seçkiləri keçirilir. Seçkilərdə 450 məhbus seçicinin iştirak edəcəyi gözlənilir. Beş müşahidəçi seçki prosesini müşahidə edir.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit poll” keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."