www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyevada vərəm xəstəliyi aşkarlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, G. Atakişiyeva Penitensiar Xidmətin vərəmli məhkumların saxlandığı 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib. Onun müayinəsi davam etdirilir.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2367
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."