Məhkəmə ANS-in xeyrinə qərar verdi

Məhkəmə ANS-in xeyrinə qərar verdi

Müəllif: Redaktor

Baş Redaktor

613171_471945Səbail rayon Məhkəməsində “ANS” müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı 9-a yaxın şikayətinə baxılıb.

Məhkəmə şikayətlər üzrə qərar qəbul edib. Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır.

Qeyd edək ki, MTRŞ “ANS ÇM” radiosunun inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə 26 qərar qəbul edib. Həmin qərarlardan şirkət tərəfindən şikayət verilərək onların ləğv edilməsi istənilib.

Xatırladaq ki, ötən gün şirkətin 8 şikayətinə baxılıb. Məhkəmə həmin şikayətlər üzrə də eyni qərar qəbul edib.(APA)

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti