!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə azadlığa buraxmışdı – Prokurorluq həbsxanaya qaytardı

!Reklam – Yazi

2016-cı il mayın 1-də Türkiyənin Qaziantep şəhərində 3 polisin şəhid olduğu terror hücumu ilə bağlı həbs edilən, lakin məhkəmənin qərarı ilə sərbəst buraxılan İraq Şam İslam Dövləti (İŞİD) tərəfdaşları təkrar saxlanılıblar.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, qeyd olunan terror aktı ilə əlaqədar aparılan təhqiqat çərçivəsində həbs olunan, lakin ötən həftə 8-ci Ağır Cəza Məhkəməsinin iclas zalından azadlığa buraxılan 17 İŞİD-çidən 16-sı prokurorluğun etirazından sonra yenidən həbsxanaya salınıb.

Qeyd olunur ki, sözügedən terror hücumundan sonra aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində 39 nəfər həbs edilib, 110 nəfər barəsində isə cinayət işi başlanılıb.

Lakin bu cinayət işinin araşdırıldığı məhkəmə prosesinin keçən həftə baş tutan iclasında 39 müttəhimdən 19-u anlaşılmaz şəkildə azadlığa buraxılıb.

Prokurorluğun bu qərara yönəlik etirazından sonra 9-cu Ağır Cəza Məhkəməsi azadlığa buraxılan 19 müttəhimdən 17-si barəsində təkrar həbsqətimkan tədbiri seçib.

Həmin 17 nəfərdən 16-sı artıq yaxalanaraq həbsxanaya qaytarılıb.

Yenicag.Az

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv