“Məhkəmə və hakimlər haqqında” qanunda dəyişiklik

“Məhkəmə və hakimlər haqqında” qanunda dəyişiklik

Müəllif: Redaktor

Editor

hakimlar-haqqindaAzərbaycanda hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddəti azaldılıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmə və hakimlər haqqında” qanunun 101-ci maddəsinə (hakimlərin toxunulmazlığı) dəyişiklik edilməsi təklif edilib.

Dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Vüsal Hüseynov məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq.

Hazırda bu müddət 10 gündür.

Qeyd edək ki, “Məhkəmə və hakimlər haqqında” qanuna əsasən, hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Baş prokurora məlumat verir. Baş prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Baş prokurora təqdim edilir.

Məhkəmə Hüquq Şurasının razılığı olduqda, cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti