yenicag.az

Məhkumların səsvermədə iştirakıyla bağlı- Açıqlama

Məhkumların səsvermədə iştirakıyla bağlı- Açıqlama

Müəllif: Redaktor

Editor

219130dsdsdİstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində seçki məntəqələri seçki gününə adətən 5 gün qalmış yaradılacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib. Onun sözlərinə görə, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində seçki məntəqələrini həmin rayonların dairə seçki komissiyaları təşkil edir: “Biz hansı kateqoriyaya aid olmasından asılı olmayaraq bütün seçicilərimizin seçki hüququnun təmin olunması ilə bağlı həm məsuliyyətimizi dərk edirik, həm də lazımi tədbirlər görürük. Məhkumların da seçki günü səsverməsi üçün hər cür şərait yaradılır. Bizim təcrübəmizdə onların bu proseslərdən kənar qalmaqla bağlı heç bir narahatçılıq olmayıb. Bu il də eyni qaydaya uyğun olaraq hüquqi olan şəxslərin seçkilərdə iştirakı üçün lazımi qaydada tədbirlər görüləcək. Bütün proseslər qanunvericiliyə uyğun olaraq aparılır. Belə ki, səs vermə hüquqi olan, amma qanun icazə vermədiyi üçün kənara çıxmaq imkanları olmayan şəxslərin səs verməsi məqsədilə həmin yerlərdə seçkiyə 5 gün qalmış məntəqələr yaradılacaq. Məntəqələr eyni qaydalar üzrə fəaliyyət göstərəcək. Seçkinin nəticələri də digər məntəqələrdə olduğu kimi eyni qaydada rəsmiləşdiriləcək. Bununla bağlı heç bir problem olmayacaq”.

Natiq Məmmədov qeyd edib ki, cəzaçəkmə müəssisənin rəhbərliyindən heç kim seçki proseslərində iştirak etmir: “Həmin yerlərdə məntəqələr dairə seçki komissiyaları tərəfindən yaradılır. Müəssisə rəhbərliyi yalnız müvafiq məntəqə yerlərini ayırır və təhlükəsizlik məsələlərini həll edir. Eyni zamanda rəhbərlik seçki hüquqi olan şəxslərin əhatə dairəsini müəyyən edib dairələrə təqdim edirlər. Həmin məntəqələrdə də səsvermə adi qaydada aparılır. Xüsusi bir hal olmur. Prosesləri izləmək üçün həmin məntəqələrdə müşahidəçilərin də iştirakı təmin edilir”.

Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti