www.sinerjipro.net

SinerjiProWide
Reklam

e364dc8668d3sdfgTürkiyənin ev sahibliyi ilə keçirilən G-20 zirvə toplantısının ikinci günündə də bir sıra toplantılar keçirilir.

Zirvə törəni üçün möhtəşəm hazırlıqlar həyata keçirmiş Kaya Otelin Mədəniyyət Evində isə G-20 liderlərinin xanımlarının iştirakı ilə maraqlı bir törən düzənlənmişdi. Türkiyənin dünyada daha da tanıdılması məqsədilə düzəlnlənmiş mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, həmçinin Yeni Zellandiya, Cənubi Afrika, Hindistan, İspaniya və digər ölkələrin liderlərinin xanımları iştirak edirdi.

Təqribən 2 saata yaxın davam edən törəndən sonra dünyanın dörd bir tərəfindən gəlmiş media mənsublarına foto və videioşəkilişlər üçün izn verildi.

Xanımlar bərabər fotolar çəkdirdikdən sonra Mehriban Əliyevə açıqlama verib. O, Türkiyənin G-20 zirvəsində fəxri qonaq statusunda Azərbaycana ünvanladığı dəvətindən məmnunluğunu ifadə edib və qardaş ölkəyə minnətdarlığını bildirib: “İlk növbədə təşəkkürümü bildirirəm ki, sayın cümhurbaşqanı bizi zirvə toplantısına dəvət edib. Əlbəttə, Azərbaycanın burda olmağı çox gözəldir və məncə, hər şey çox uğurlu keçir”.

Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan da açıqlamasında G-20-nin yüksək səviyyədə davam etdiyini və uğurlu keçdiyini söylədi. Daha sonra birinci xanımlar səmimi şəkildə görüşüb ayrıldılar. Azərbaycan və Türkiyənin birinci ledilərinin səmimiyyəti və ayrılarkən də bir neçə dəqiqə ikilikdə söhbətləşib ayrılmaları xüsusi diqqət çəkdi. Bütün bunlar isə dünyanın nüfuzlu televiziya və qəzet jurnalistlərinin gözü qarşısında baş verdiyindən həm də dost-düşmənə mesaj kimi anlaşıla bilər.

Qeyd edək ki, G-20-nin xanımlarla bağlı toplantısı ilk olaraq Türkiyənin ev sahibliyi ilə baş tutdu…(Musavat)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 138
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."