Mehriban Əliyeva: “Azərbaycanla Rusiya arasında dostluq möhkəm tarixi özülə malikdir”

Mehriban Əliyeva: “Azərbaycanla Rusiya arasında dostluq möhkəm tarixi özülə malikdir”

Müəllif: Redaktor

Baş Redaktor

fon-moskvaser-14Noyabrın 14-də Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva Moskvada Rusiya Dövlət Tretyakov qalereyasında “Abşeron kəhkəşanı. 1960-1980-ci illər Azərbaycan rəssamları” adlı sərginin açılış mərasimində iştirak edib.

Mehriban Əliyeva mərasimdə çıxış edərək deyib: “Azərbaycanla Rusiya arasında dostluq münasibətləri möhkəm tarixi özülə malikdir. Bu dostluq münasibətlərinə qarşılıqlı anlaşma, sıx əməkdaşlıq kimi xüsusiyyətlər xasdır. Ümumi tarixi keçmişdən savayı, bu gün bizim ölkələrimizi, xalqlarımızı bir çox ümumi tendensiyalar, istiqamətlər birləşdirir. Xüsusilə, bunu mədəniyyət sahəsində müşahidə edirik. Əlbəttə, hər şeydən əvvəl bu, böyük rus dili, böyük rus ədəbiyyatıdır. Yəqin bilirsiniz ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında az ölkələrdən biridir ki, rus dilində təhsil tam həcmdə qorunub saxlanıb. Ölkəmizdə 300-dən çox məktəbdə tədris tamamilə rus dilində həyata keçirilir”.

Gündəm, Manşet, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti