!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Əliyeva: “Bu tarixi qələbə ilə fəxr edir, Azərbaycan xalqını ürəkdən təbrik edirəm”

!Reklam – Yazi

Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulub.

Yenicag.Az xəbər verir ki, bağlanış mərasimdə çıxış edən Azərbaycanın birinci vitse-prezidenti və “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarış müddətində Azərbaycan xalqının qonaqpərvərliyini və mehribanlığını nümayiş etdirdiyini bildirib.

Ölkənin birinci xanımı qonaqların Bakıdan ayrıldıqda ən xoş xatirələrini bütün həyatları boyu əziz tutacaqlarına ümidvar olduğunu söyləyib:

“Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bütün İslam dünyasının Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paxtaxtımızın qonaqları ölkəmizlə bağlı xatirələri öz qəlblərində qoruyub saxlayacaqlar. Bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini, mehribanlığını bir daha nümayiş etdirdi. Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Daha da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyinin və birliyinin təntənəsidir. Gəlin hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah müsəlmanları qorusun. İdmançıların mübarizliyi və fədəkarlığı həqiqətən də valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı. İdmançıları naliyyətləri münasibəti ilə təbrik edirəm və İslam aləminin tamaşaçılarına verdikləri sevincə görə təşəkkürümü bildirirəm. Bu, sizin oyunlar idi. Ümidvaram ki, Bakıdan ayrıldıqda ən xoş xatirələrinizi bütün həyatınız boyu əziz tutacaqsınız. Azərbaycanın milli komandası 162 medal, o cümlədən 75 qızıl medal qazanaraq medallar cədvəlində birinci yer tutaraq bizi bir daha fərəhləndirdi. Onların fədəkarlğı və ustalığı həmvətənlilərimiz ilhamlandırmaqda davam edir və gələcək nəsilə ən parlaq nümunə kimi xidmət edəcək. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanı davam etdirmək üçün çalışmalıyıq”.

Yenicag.Az

www.yenicag.az

3534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv