Mehriban Əliyeva Federasiya prezidenti seçildi

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Milli Gimnastika Arenasında (MGA) Azərbaycan Gimnastika Federasiyasının (AGF) hesabat-seçki xarakterli VI Ümumi Yığıncağı keçirilib.

Əvvəlcə dövlət himni səsləndirilib və hesabat dövründə dünyasını dəyişən gimnastika ailəsi üzvlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub. AGF-nin vitse-prezidenti Altay Həsənov iclasda nümayəndələrin 93 faizinin iştirak etdiyini bildirib. O, ötən 5 il müddətində görülmüş işlərdən danışıb. A.Həsənov hazırda Azərbaycanda gimnastikanın bütün 7 növünün inkişaf etdirildiyini bildirib. Federasiya rəsmisi MGA-nın da bu müddətdə istifadəyə verildiyini və bir çox xarici ölkələrdən gimnastların bu arenaya təlim-məşq toplanışına gəldiklərini bildirib.

“Bakı-2015” I Avropa Oyunlarında da Azərbaycan gimnastlarının uğurla çıxış etdiklərini bildirən A.Həsənov idman gimnastı Oleq Stepkonun 5 medalla tarixə düşdüyünü xatırladıb. O, Oleq Stepko və Marina Durundanın artıq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazandığını vurğulayıb. Federasiya rəsmisi bildirib ki, “Rio-2016″da Azərbaycanın tarixdə ilk dəfə 2 idman gimnastı ilə təmsil olunma şansı var.

Beynəlxalq qurumlarda da yüksək səviyyədə təmsil olunduqlarını söyləyən A.Həsənov baş katib Fərid Qayıbovun Avropa Gimnastika Federasiyasının vitse-prezidenti seçildiyini xatırladıb. O, Bakı ilə yanaşı, 10 regionda da gimnastika bölmələrinin fəaliyyət göstərdiyini söyləyib.

Son 5 ildə Azərbaycan gimnastikasına 11 milyondan artıq vəsait qoyulduğunu deyən A.Həsənovun bu vəsaitə müxtəlif inventarların alınması, yeni bölmələrin açılması, məşqçilərin işə cəlb olunması, peşəkar səviyyələrinin artırılması, beynəlxalq yarışlarda iştirak və digər məsələlər daxildir.

Gündəlikdə duran növbəti məsələ AGF-nin hazırkı İdarə Heyətinin yenidən seçilməsi və ölkədə gimnastikanın inkişafı istiqamətində gələcək fəaliyyət planı olub. Ölkənin birinci xanımı Mehriban Əliyeva növbəti 5 il müddətinə yekdilliklə federasiya prezidenti seçilib. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəis müavini Altay Həsənov vitse-prezident, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva İcraiyyə Komitəsinin üzvləri seçilib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir